Lalə Süleymanova: Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur
sizinxeber.az xəbər saytı

Lalə Süleymanova: Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur


Aktrisa Lalə Süleymanova universiteti bitirəndən sonra Akademik Musiqili Teatra getsə də, onu qəbul etmədiklərini deyib.

O bu barədə "Report"a müsahibəsində danışıb.

Aktrisanın sözlərinə görə, onunla bərabər gedən bütün tələbələr geri qaytarılıb.

"Bizə dedilər ki, səsiniz yoxdur. Götürə bilmərik. Mənə isə dedilər ki, get məşq elə, üzərində işlə. Dilbərin ariyasını (Fikrət Əmirovun "Sevil" operasından parça, – N.P) oxumuşdum. İstədikləri tonda oxudum, amma dedilər ki, yox, hələ üzərimdə çox işləməliyəm, götürə bilməzlər. Çox pis olmuşdum, düşünürdüm ki, bəs mən dörd ildir, nə oxuyuram? Niyə oxuyuram? Belə cavab almaq, əlbəttə, bir aktyor, aktrisa üçün çox pis idi, adamda ruh düşkünlüyü yaradır", - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Dövlət Akademik Musiqili Teatra yeni direktor təyin olunub
Lalə Süleymanova: Məşhurluq teatrda bilet satdırmır – MÜSAHİBƏ
Görmə məhdudiyyətli aktrisa: Azərbaycanda fiziki məhdudiyyətli adamların bacarıqlar əldə etməsi üçün hər cür şərait var
Nazirlik rəsmisi: Repertuar gənclərin zövqü ilə üst-üstə düşmürsə, onların teatra gəlməsini gözləmək mənasızdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər