CityNet yeni nəsil TV platformasını təqdim edib
Ölkənin aparıcı internet provayderi CityNet yeni nəsil TV platformasını istifadəyə verib. Platforma istifadəçilərə TV, smartfon, planşet və veb-brauzer üzərindən fasiləsiz izləmə və bir neçə kanala eyni zamanda baxmaq imkanı yaradır. Eyni zamanda, CityNet TV ilə canlı yayımı geri çəkmək, arxivə baxmaq və yaddaşa yazmaq, sevimli kanalları qeyd etmək mümkündür. Platforma çoxsaylı cihaz dəstəyi ilə hər kəs üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır.
CityNet TV “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.
İstifadəçilər CityNet TV xidmətindən müxtəlif rahat üsullarla yararlana bilərlər. Tətbiqi “App Store” və “Google Play” üzərindən müxtəlif cihazlara yükləmək, Smart TV-lərdə birbaşa izləmək mümkündür. Təqdim olunan kontentə həm kabelli, həm də Wi-Fi bağlantılı STB (Set-Top Box) vasitəsilə televizorda baxmaq imkanı da mövcuddur.
Daima öz abunəçilərini düşünən CityNet yaxın zamanda TV platformasında istifadəçilərə bir sıra yeniliklər təqdim edəcək.
CityNet yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
“CityNet” indi “Nar” mağazalarında [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
APA TV yayım dairəsini genişləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərində danışıq dəqiqələri və internet təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












