APA TV yayım dairəsini genişləndirir
APA TV bu gündən CONNECT TV və Megalinkdə yayımlanacaq.
“APA MEDİA GROUP”a daxil olan APA Televiziyası Ailə TV, CityNet, Ultel ilə yanaşı, bu gündən “Connect Tv” və “Megalink”də də yayımlanır.
“Ailə TV”-nin kabel yayımında APA TV-yə baxmaq üçün 17, Ailə TV-nin İPTV platformasında isə 61-ci kanalı seçməlisiniz.
“CityNet”də APA TV-yə baxmaq üçün 19-cu kanalı, “Ultel”də isə 44-cü, BBTV-də 49-cu kanalı seçməlisiniz.
“Connect” TV istifadəçiləri də APA TV-yə 19-cu kanalda baxa bilərlər.
APA TV-nin yayım vaxtı səhər 08-00-dan gecə 02:00-00-a qədərdir. Yayım zamanı saatın ən son xəbərlərini, hadisə yerindən canlı bağlantıları, yeni müsahibələri və verilişləri, sənədli filmləri, araşdırma materiallarını izləyə bilərsiniz.
Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA televiziyasına platforma yayımçısı lisenziyası verilib.
Oxşar xəbərlər
Audiovizual Şura: Bəzi kanallarda işarət dili test olaraq yayımlanır
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı genişlənib
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













