sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın İKT sektorunda bu il məhsul istehsalı 8 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 716 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Təkcə apreldə isə bu sektorda 190,5 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 9 % çoxdur.
Yanvar-aprel aylarında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və yaxud illik müqayisədə 0,9 % çox ÜDM istehsal olunub.
Oxşar xəbərlər
Azərbaycanda İKT sektorunda məhsul istehsalı 9 %-dən çox artıb
Azərbaycanda içki istehsalı 3 %-dən çox azalıb
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb
Azərbaycanda şəkər və qənd istehsalı 46 %-ə yaxın artıb
Naxçıvanda sənaye istehsalı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













