Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb - SİYAHI
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Bu barədə "APA-Economics"ə RİNN-dən bildirilib.
Hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.
Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90%-dək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.
16 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər "Uplink" MMC (8.56), "GSP" MMC ( 6.10), "Selnet" MMC (5.31), "Eurosel" MMC (2.89), "Fibernet" MMC (2.69) olub.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Uplink" MMC (30 gün), "Konnekt" QSC (13 gün), "Aztelekom" MMC (12 gün), "Uninet" MMC (11), "Fibernet" (11 gün) qərarlaşıb.
Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.
Oxşar xəbərlər
Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb
Azərbaycanda ən çox şikayət olunan operator və provayderlərin adları açıqlanıb
“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb
Azərbaycanda telekommunikasiya sahəsindəki şikayətlərin 65 %-ə yaxını internetlə bağlıdır
Azərbaycanda telekommunikasiya sahəsində əsas şikayətlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
