

Azərbaycanda telekommunikasiya sahəsində əsas şikayətlər açıqlanıb
Ötən il İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platformasına 3 745 müraciət daxil olub.
"APA-Economics" xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) ötən ilin yekunlarına dair hesabatında qeyd olunub.
Məlumata görə, bu, gün ərzində orta hesabla 10 müraciət deməkdir. Həmin müraciətlərdən 3526-sı (94,15%) telekommunikasiya, 219-u (5,85%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub.
İnternet xidməti ilə bağlı əsasən, xidmətin keyfiyyəti, xidmətin işləməməsi, əməkdaşlardan və ya xidmətdən narazılıq, tariflərlə bağlı şikayətlər olub. Mobil rabitə sahəsində ən çox operator dəyişdirmə, tariflərlə bağlı şikayət, operator və provayderin ümumi fəaliyyətindən narazılıq, xidmətin keyfiyyəti ilə bağlı şikayət, infrastrukturla əlaqədar şikayətlər daxil olub. Telefon rabitəsi üzrə əsas şikayətlər xidmətin işləməməsi, əməkdaşlardan və ya xidmətdən narazılıq, infrastrukturla əlaqədar, xidmətin qoşulması və xitamla bağlı şikayətlər olub. Mobil internet sahəsində isə ən çox operator dəyişdirmə, operator və provayderin ümumi fəaliyyətindən narazılıq, tariflərlə bağlı, xidmətin işləməməsi ilə bağlı, ödənişlər və korreksiya ilə bağlı şikayətlər edilib.
Oxşar xəbərlər
İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib
Azərbaycanda ən çox şikayət olunan operator və provayderlərin adları açıqlanıb
Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı açıqlanıb
Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb
Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
