“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib
“AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib.
Bu barədə "APA-Economics"ə “AzInTelecom”dan bildirilib.
“SİMA KYC Videoyazı” adlanan və SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir.
“SİMA KYC Videoyazı” həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir. Bu məhsul, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. “SİMA KYC Videoyazı” həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar.
“SİMA KYC Videoyazı” ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyəti avtomatik sistem tərəfindən təsdiq olunur.
“SİMA KYC Videoyazı” həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. “SİMA KYC Videoyazı” məhsulu ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verilib
“AccessBank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırıb
“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib
Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub
“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












