Agentlik: İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur
Azərbaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır", - deyə o qeyd edib.
"Bu gün Azərbaycanda internet bazarı həm kəmiyyətə, həm də keyfiyyətə görə özünü tənzimləməlidir. Elə bir mərhələyə gəlib çıxmalıyıq ki, şirkət özü keyfiyyətli xidmət göstərməkdə maraqlı olsun ki, ondan imtina etməsinlər. Polis formasında şirkətlərə nəzarət et ki, sən işləyə bilmirsən, bazarı tərk et, bu, olmayacaq. Nə mövcud, nə də hazırlanan qanunda keyfiyyətsiz xidmətə görə hansısa şirkətin fəaliyyətinə xitam verilməsi yoxdur", - deyə N.Mərdanov əlavə edib.
Oxşar xəbərlər
Regionda ən pis mobil internetin Ermənistanda olduğu müəyyən edilib
Eyni internet üçün niyə artıq pul ödəyirik?
Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
