"Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib
sizinxeber.az xəbər saytı

"Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib


Bu vaxta qədər "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi inteqrasiya edilib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilib və bu cür layihələr davamlı olacaq.

Nazir qeyd edib ki, rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir:

"Yəni, bu, hər il 2000 ağac qənaətinə bərabərdir. Biz özəl sektorun da rəqəmsal sənəd dövriyyəsində aktiv iştirakını təşviq edirik".

Oxşar xəbərlər

Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq
Nazir: Dövlət orqanlarının 35%-i ilə təmas rəqəmsallaşdırılıb
Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər