Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
sizinxeber.az xəbər saytı

Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"


İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi buraya inteqrasiya olunub.

"Sizinxeber.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O bildirib ki, rəqəmsal hökumətin digər mühüm komponenti dövlət qurumları arasında məlumat mübadiləsini gücləndirən "Rəqəmsal Körpü" layihəsidir: "Rəqəmsal transformasiyanı daha da sürətləndirmək üçün bu sistemdə təkmilləşdirmələr həyata keçirilib. Bu cür layihələr davamlı olacaq".

Rəqəmsal sənəd dövriyyəsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, bu, Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir addımdır: "Biz COP29 ölkəsiyik və davamlı, innovativ təcrübələrə üstünlük veririk. Bu kontekstdə rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir. Yəni, bu, hər il 2 000 ağac qənaətinə bərabərdir. Biz özəl sektoru da rəqəmsal sənəd dövriyyəsində aktiv iştiraka təşviq edirik".

Oxşar xəbərlər

Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1 000-dən çox şirkət qoşulub
Nazir müavini: "Bu ilin sonuna qədər xidmətlərin 15 %-i rəqəmsal olacaq"
Nazir müavini: "myGov" portalına artıq 40-dan çox şəxsi məlumat daxil edilib"
Dövlət Xidməti: 73 dövlət qurumu informasiya təhlükəsizliyi tələbi üzrə rəy almaq üçün müraciət edib
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər