Gürcüstan Azərbaycan startaplarına 10 illik vergi güzəştləri təqdim edə bilər
Gürcüstanda həyata keçirmək istəyən startaplara 10 illik vergi güzəştləri təqdim olunacaq.
"Report" xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareşvili "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
Onun sözlərinə görə, Gürcüstanda gələn ilin sonunda innovativ startap statusu qəbul ediləcək: "Bununla ilk üç il ərzində tamamilə sıfır vergitutma ilə startaplara 10 illik vergi güzəştləri təqdim olunacaq. Bu, təkcə ölkə vətəndaşları üçün deyil, həm də layihələrini Gürcüstanda həyata keçirmək istəyən startaplara şamil olunacaq".
İ. Nadareşvili hesab edir ki, "INMerge" Sammitində yeni təşəbbüslərin və yanaşmaların təməlinin qoyulması haqqında danışmalıyıq:
"Gürcüstan cəlbedici biznes və investisiya mühitinin yaradılmasında hər zaman çox ardıcıl olub. Doğrudur, Gürcüstan əhalisi cəmi 3,7 milyon nəfər olan kiçik bazardır. Lakin biz Gürcüstanın müxtəlif ölkələrlə imzaladığı azad ticarət sazişləri ilə bunu balanslaşdıra bildik".
Oxşar xəbərlər
“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı!
“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
Özbəkistanlı nazir müavini: “İKT sahəsində birgə investisiya layihələrinə ehtiyac var”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
