Gürcüstanın Müdafiə Nazirliyi öz qan bankını yaradacaq
Gürcüstan Müdafiə Nazirliyinin özünün qan bankı olacaq və “İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək.
"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə icra hakimiyyətinin parlamentə təqdim etdiyi 2024-cü il üçün fəaliyyət planında deyilir.
Məlumata görə, Gürcüstanda qanın toplanması, emalı, yoxlanılması, saxlanması və paylanmasına cavabdeh olan üç qan müəssisəsi yaradılacaq.
“Qanun çərçivəsində özəl qan bankları iyuldan etibarən Gürcüstan hökuməti tərəfindən yaradılacaq mərkəzi qan institutu ilə əvəz olunacaq. 01.01.2025-ci il tarixindən etibarən Gürcüstanda pul təzminatı müqabilində qan vermək qadağan ediləcək”, - deyə məlumatda bildirilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
