Dövlət Xidmətinin rəisi: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"
Azərbaycana beynəlxalq tədbirlər zamanı çoxlu sayda kiberhücum olur.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev bildirib.
"Dövlət Xidməti olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dövlət qurumlarına qarşı kiberhücumlar və təhdidlər olur. Həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı belə hücumlar baş verir",- İ.Musayev vurğulayıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı da dünyanın hər yerindən Azərbaycana qarşı kiberhücumlar olub: "Daha sonra Prezident və Milli Məclisə seçkilər zamanı kiber hücumlara cəhd edilirdi. Sadəcə biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik işlər gedir. "Facebook", "Instagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlqar Musayev: "İnformasiya və kiber təhlükəsizliklə bağlı kadr çatışmazlığı var"
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 11 % azalıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












