İsveç və ABŞ 6G texnologiyalarını birgə inkişaf etdirmək barədə razılığa gəlib
İsveç və ABŞ altıncı nəsil 6G rabitəsinin inkişafı sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb.
“İsveç və Birləşmiş Ştatlar 6G texnologiyasının şəffaflığı, təhlükəsizliyi, etibarlılığı, inklüzivliyi, dayanıqlığı və demokratik dəyərlərə uyğunluğunu təmin etmək üçün beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq səyləri nümayiş etdirir”, - İsveç xarici işlər nazirinin müavini Yan Knutsson bildirib.
O qeyd edib ki, 6G texnologiyaları rabitə sürətini və ötürülən məlumatların həcmini əhəmiyyətli dərəcədə artırmaq, həmçinin təhlükəsizliyi gücləndirmək üçün nəzərdə tutulub.
İsveç və ABŞ-ın bəyanatı, iki ölkənin 2024-cü ilin əvvəlində daha səkkiz dövlətlə birlikdə imzaladığı 6G-nin inkişafı və tətbiqi prinsipləri haqqında sənədə əlavədir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
