İKTA: Bəzi operator və provayderlərin elektron informasiya sistemləri yoxdur
Azərbaycanda internet və telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin abunəçilərlə operativ əks-əlaqə imkanları, şəxsi kabinet və informasiya sistemlərinin mövcudluğu ilə bağlı təhlillər aparılıb.
Bu barədə "APA-Economics"ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Məlum olub ki, bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil, informasiya ehtiyatlarında şəxsi kabinet yoxdur və ya funksional şəkildə fəaliyyət göstərmir.
Qurum bildirir ki, operator və provayderlərin məlumatlandırma, operativ cavablandırma, xidmət keyfiyyətinin təmini və istehlakçı hüquqlarının qorunması üzrə vəzifələrin effektiv icrası baxımından belə mexanizmlər zəruridir.
Qanunvericilikdə abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq, müraciətlərini rahat şəkildə təqdim etmək və qanunla müəyyənləşdirilmiş müddətdə cavab almaq hüququ nəzərdə tutulur.
Telekommunikasiya sektorunda müasir xidmət modeli yalnız internet bağlantısının təqdim olunması ilə məhdudlaşmamalı, eyni zamanda istifadəçi ilə şəffaf, operativ və izlənilə bilən kommunikasiya mexanizmlərini də əhatə etməlidir.
Bu məqsədlə operator və provayderlərə rəsmi internet informasiya ehtiyatlarının, şəxsi kabinet funksiyalarının və elektron müraciət sistemlərinin tam şəkildə təmin edilməsi tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı açıqlanıb
İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı İKTA-ya şikayət olunub
İKTA: 26 internet provayderi tarif dəyişikliyi barədə öncədən məlumat açıqlamır
İnternet operator və provayderlərinin veb-saytlarında çatışmazlıqlar aşkarlanıb
İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
