Maskın "Grok" çat-botu yüzminlərlə istifadəçi söhbətini internetə sızdırıb
sizinxeber.az xəbər saytı

Maskın "Grok" çat-botu yüzminlərlə istifadəçi söhbətini internetə sızdırıb


İlon Maskın süni intellekt əsaslı "Grok" çat-botu istifadəçilərlə yüz minlərlə yazışmanı internetə sızdırıb.

"Sizinxeber.az"un "Forbes"ə istinadən məlumatına görə, süni intellektlə edilən 370 mindən çox söhbətin sızması baş verib.

Nəşrin bildirdiyinə görə, "Grok" istifadəçisi çat-botla söhbət zamanı "Paylaş" düyməsini basdıqda şəxsi mesajda göndərilə bilən unikal bir link yaradılır. Məlum olub ki, bu linklər axtarış robotları tərəfindən indekslənə və xəbərdarlıq olmadan axtarış nəticələrində görünə bilər.

"Forbes" qeyd edir ki, insanlar süni intellektlə söhbətlərdə adlar da daxil olmaqla, şəxsi məlumatlarını, bəzi hallarda isə parollarını paylaşıblar. Onlar tibbi və psixoloji xarakterli suallar veriblər. Həmçinin qadağan olunmuş maddələrin hazırlanması, partlayıcı maddələrin və ya zərərli proqram təminatının yaradılması kimi qanunsuz kontent sorğuları da aşkar edilib.

Oxşar xəbərlər

Tesla öz avtomobillərinə Grok süni intellektini inteqrasiya edəcək
Mask “Grok”un uşaqlar üçün versiyasını yaratmaq niyyətindədir
İnvestorlar "Grok"un tərtibatçısına 2 milyard dollar yatırır
DİN süni intellektlə bağlı xəbərdarlıq edir
SpaceX süni intellekt startapına 2 milyard dollar investisiya yatırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər