Çinin proqram təminatı sənayesinin gəliri artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
07:00
0
0
1 379

Çinin proqram təminatı sənayesinin gəliri artıb

02 iy, 2025
07:00
1 379

Çinin proqram təminatı sənayesinin gəliri artıb

Çin proqram təminatı şirkətlərinin 2025-ci ilin ilk beş ayında gəlirləri illik müqayisədə 11, 2% artaraq 778 milyard dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

İlk beş ayda sənayenin ümumi mənfəəti illik müqayisədə 12,8 % artaraq 94 milyard dollar olub.

İnformasiya texnologiyaları xidmətlərindən əldə edilən gəlir illik müqayisədə 12% artaraq 532 milyard dollar təşkil edib. Bu məbləğ sənayenin gəlirlərinin üçdə ikisini təşkil edir.

Proqram təminatı sənayesi Çində ən sürətlə inkişaf edən sahələrdən biridir. 2024-cü ildə bu sektordakı şirkətlər 1,92 trilyon dollar qazanıblar. 2010-cu ildən 2024-cü ilə qədər bu sahənin gəlirləri 10 dəfədən çox artıb.

Bizimlə əlaqə saxlayın