Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə beynəlxalq konfrans keçirilib - FOTO
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Tbilisidə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda beynəlxalq konfrans baş tutub.
Sizinxeber.az-nın Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan və Gürcüstanının vətəndaş cəmiyyəti ekspertlərinin iştirak etdiyi tədbirdə hər iki ölkədə QHT sektorunda görülən işlər, eləcə də üzləşilən çağırışlara diqqət yetirilib.
Çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bir sıra Qərb ölkələrinin regionda qeyri hökumət təşkilatları vasitəsilə öz nüfuzunu gücləndirməyə çalışdığını, zərərli ideologiyalar yaymağa cəhd etdiyini, region ölkələrinin milli maraqlarına zidd olan müxtəlif fəaliyyətləri maliyyələşdirməyə çalışdığını qeyd edib. O, Azərbaycan və Gürcüstan QHT-lərinin bu milli maraqların qorunması baxımından əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qədim tarixi olduğu, QHT sektorunda əlaqələrin dərinləşdirilməsi ilə bu münasibətlərə töhfə verilməsinin önəmi qeyd olunub.
Konfransda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan “COP29 QHT Koalisiyası”nın fəaliyyəti, həmçinin bu koalisiyada Gürcüstan QHT-lərinin iştirakı məsələsi də müzakirə edilib. Qeyd olunub ki, sözügedən koalisiyaya artıq 72 ölkədən 350 QHT qoşulub və bu Azərbaycanın vətəndaş cəmiyyətinin böyük uğurudur.
Konfransda eyni zamanda Qərbin Gürcüstanda QHT-lərin qeyri-şəffaf maliyyəlləşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş “şəffaflıq qanunu” əleyhinə fəaliyyətləri də müzakirə edilib. Vurğulanıb ki, qanunun qəbul edilməsindən sonra təzyiqlər həm də Qərbin bu ölkəyə təsir rıçaqlarını itirmək qorxusu ilə əlaqədardır.
Gürcü ekspertlər, həmçinin bəzi donor təşkilatlarının qeyri-şəffaf maliyyələşmə ilə Gürcüstanda destruktiv fəaliyyətləri və radikal təşkilatları maliyyələşdirdiyini, bunun Gürcüstanın təhlükəsizliyinə təhdid törətdiyini qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
43 ölkədən QHT-lər COP29-u müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












