Yeni Kinika pasiyentin uzun müddət kəskin ağrı ilə tibb müəssisəsində gözləməsi iddiasına aydınlıq gətirib
Yeni Klinikanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə avqustun 18-də müraciət edən pasiyent (kişi) ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib.
Bu barədə "Sizinxeber.az"a Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, pasiyent ilkin olaraq triaj otağında müayinə olunub. Müayinə nəticəsində pasiyentin şikayətinin uroloji xarakter daşıdığı və təcili tibbi hal hesab edilmədiyi müəyyənləşib:
"Pasiyent tibb müəssisəsinə ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət etdiyi üçün poliklinik qaydada uroloq-androloq müayinəsinə yönləndirilib və qeydiyyat bölməsinə yaxınlaşaraq növbə talonu əldə edib".
Vurğulanıb ki, pasiyentlə daha sonra telefon əlaqəsi yaradılıb və xəstəxana daxilində görüş təşkil olunub:
"Görüş zamanı da pasiyentin sosial şəbəkələrdə bildirdiyinin əksinə olaraq, hər hansı ağrı şikayətinin olmadığı təsdiqlənib. Pasiyent həkim-uroloq tərəfindən konsultasiya olunub, əlavə olaraq doppler ultrasəs müayinəsinə və laborator qan analizlərinə yönləndirilib. Müayinələrin nəticələrinə əsasən, pasiyentdə birinci dərəcəli varikosel (toxum ciyəsi venalarının genişlənməsi) aşkar edilib. Həkim müalicəyə ehtiyac olmadığından pasiyentə profilaktik məsləhətlər verib".
Qeyd edək ki, psixoloq Sevinc Əlizadə sosial şəbəkə hesabında pasiyentin təcili tibbi müdaxilə lazım olduğu halda uzun müddət Yeni Klinikada həkim nəzarətindən kənar qalaraq gözlədiyini iddia edib.
Oxşar xəbərlər
Ermənistanda iki pasiyent psixiatriya klinikasından qaçıb
Cəlilabad Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-2
Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub, xəstə ölüb - MƏHKƏMƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
