Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub, xəstə ölüb - MƏHKƏMƏ
sizinxeber.az xəbər saytı

Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub, xəstə ölüb - MƏHKƏMƏ


Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, ittihama görə, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.

Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.

Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıb.

Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.

V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qəbələ Rayon Məhkəməsinin hökmü V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmündən müdafiə tərəfi şikayət verib.

Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

Oxşar xəbərlər

Qənirə Paşayeva üçün xüsusi həkim gətirildi
Övlad dünyaya gətirən qadınları canından edən həkim ÖLDÜ
Reanimatoloq: Gənc yazar Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir
Xəstə çox, həkim yox: Şəki Rayon Mərkəzi Xəstəxanasına ağxalatlılar axtarılır
DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle