
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-2

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB-2
Kürdəmirdə qadın pasiyentin əməliyyatdan sonra ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.
TƏBİB-in "Report"un sorğusuna verdiyi cavabda pasiyentin ölümünün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib.
Qeyd olunub ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.
Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.
Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.
Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı qızı Abdullayevanın apendektomiya cərrahi əməliyyatından (kor bağırsağın çıxarılması) sonra halı pisləşib və ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.