
Son 4 ildə səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursu formalaşdırılıb
Son dörd ildə sahəvi tələbləri nəzərə alaraq, səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursu formalaşdırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda Vahid Səhiyyə İnformasiya sisteminin strukturuna daxil olan altsistemlər üzrə 70-ə yaxın proqram təminatı modulunun 24/7 rejimində fəaliyyəti təmin edilir:
"Tibbi Rəqəmsal Əkiz Sistemi 2007-ci ildə yaranmış Elektron Sağlamlıq Kartı Sistemi əsasında formalaşdırılıb. Bu gün biz həmin təşəbbüsü ən qabaqcıl rəqəmsal imkanları nəzərə alaraq müasir səhiyyə platformasına çevirmişik".





