Bakıda və Abşeronda yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bakıda və Abşeronda yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA


Dekabrın 30-u saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Qobustanda 6 mm, Lənkəranda 3 mm, Qəbələ, Qubada 2 mm, Şahbuz, Zaqatala, Sarıbaş (Qax), Şəki, Oğuz, Şamaxı, Xaçmaz, Qusar, Qırız, Xaltan, Şabran, Cəfərxanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.

Qarın hündürlüyü Şahdağda 16, Şahbuz, Qrızda 7, Sarıbaş (Qax) 5, Xınalıq, Altıağacda 1 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Sumqayıt, Şərur, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qırız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 5-8 dərəcə isti, Naxçıvan MR-da 2-7 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Faktiki hava açıqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Abşeronda hava çiskinlidir, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə ərazisində yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle