Şahdağa qar yağıb, bəzi rayonlarda duman müşahidə olunub  - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Şahdağa qar yağıb, bəzi rayonlarda duman müşahidə olunub - FAKTİKİ HAVA


Oktyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.


APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Şimal-qərb rayonlarında yağış yağıb, güclü külək əsib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda külək güclənib, dağlıq rayonlarda yağış yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər