Şənbə gününün   HAVA PROQNOZU
sizinxeber.az xəbər saytı

Şənbə gününün HAVA PROQNOZU


Sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hava yağmursuz keçəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle