ETSN: Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir
sizinxeber.az xəbər saytı

ETSN: Havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksəkdir


Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova avtomatik stansiyalardan əldə olunan məlumata əsasən bildirib ki, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

Oxşar xəbərlər

Havada tozun miqdarı artıb, proses iki gün davam edəcək
Havada toz müşahidə olunur, Türkmənistandan daxil olub
Bakıda və Abşeron yarımadasında tozun miqdarında artım müşahidə olunur - YENİLƏNİB
Havada tozun miqdarı normadan artıqdır
Bakıda tozun miqdarı normadan artıqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle