Azərbaycanda ilin əvvəlindən indiyədək maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ olub
Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvar ayından oktyabrın 22-dək - red) maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ qeydə alınıb.
"Sizinxeber.az"un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytna istinadən verdiyi xəbərə görə, yeraltı təkanlardan 38-nin maqnitudası 3 və 3-dən yuxarı, 4-ü 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarıdır.
Sözügedən dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə qeydə alınıb.
Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ qeydə alınıb
Lerik rayonunda zəlzələ baş verib
Cəlilabadda zəlzələ qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
