Cəlilabadda yem anbarında güclü yanğın baş verib
sizinxeber.az xəbər saytı

Cəlilabadda yem anbarında güclü yanğın baş verib


Cəlilabad rayonunda güclü yanğın olub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xanılı kəndində Qadir Mirzəyevə məxsus yem anbarında qeydə alınıb.

Belə ki, ümumi sahəsi 456 kv.m olan anbarda qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində təxminən 30 ton ot bağlamasının 20 tonu yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda ev yanaraq külə dönüb
Cəlilabadda evdə yanğın olub
Cəlilabadda avtomobil yanaraq kül olub
İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər