Cəlilabadda avtomobil yanaraq kül olub
sizinxeber.az xəbər saytı

Cəlilabadda avtomobil yanaraq kül olub


Cəlilabad rayonunda minik avtomobili yanıb.

“Sizinxeber.az”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Zaur Ağayevə məxsus olan "VAZ 2106" markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin avtomobil tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda evdə yanğın olub
Cəlilabadda ev yanaraq külə dönüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər