Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb
sizinxeber.az xəbər saytı

Gürcüstan sərhədində Ermənistandan gətirilən 11 milyon dollardan artıq narkotik aşkarlanıb


Ermənistandan Gürcüstana 103 kiloqram metamfetamin gətirilib.

"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 30 milyon lari (təxminən 11 milyondan ABŞ dollarından artıq) dəyərində narkotik müsadirə olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin əvvəlcədən naməlum şəxslərlə əlbir olaraq narkotik vasitəni tranzit məqsədilə daşımağa cəhd etdiyi müəyyən edilib.

İstintaqla məlum olub ki, həmin şəxs şirkətinə məxsus yük avtomobilini Ermənistana göndərərək narkotik maddəni "kaustik soda" adı altında qoşquya yükləyib. Aprelin 28-də yük maşını Sadaxlı sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olub.

Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə – külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və ölkəyə idxalı ittihamı ilə məsuliyyətə cəlb olunub. Bu əməllərə görə 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Oxşar xəbərlər

Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb
Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
DSX-a tərəfindən müsadirə olun 395 kiloqram narkotik məhv edilib
Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər