Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var
sizinxeber.az xəbər saytı

Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) son dövrdə həyata keçirilən genişmiqyaslı operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərinə görə 23 nəfərin saxlanıldığını açıqlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, onlardan 14-ü narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslərdir.

Saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları da var. Onlar narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda qanunsuz dövriyyəyə buraxılması, satışına cəhd və satışına hazırlıqda ittiham olunurlar.

Onlar Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunurlar. Bu cinayətlərə görə, 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq davam edir.

Oxşar xəbərlər

Qazaxıstan Prezidenti narkotik cinayətlərinə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanunu imzalayıb
Gürcüstanda 26 nəfər “qanuni oğru” ittihamı ilə saxlanılıb
Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb
Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO
İrandan instaqram vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər