sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qırmızı işıqda keçən "Kamaz" qəzaya səbəb oldu
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb “Kamaz” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.
Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.
Hadisə zamanı “Kamaz”ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.
Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda avtobus qırmızı işıqda keçərək zəncirvari qəza törədib, iki nəfər ölüb
Suraxanıda zəncirvari qəza baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
