Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var
sizinxeber.az xəbər saytı

Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var


Ağdam rayonu ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq Musayev Cavidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb
Gəncədə avtomobil ağaca çırpılıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər