Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.

Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan BƏƏ-də böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb
“Zaqreb Open”: Azərbaycanın 3 güləşçisi ilk gündə bürünc medal qazanıb
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb
Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
“Zaqreb Open”: Azərbaycan millisinin 3 güləşçisi medal qazana bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər