Xırdalanda bir nəfər mübahisə etdiyi şəxslər tərəfindən bıçaqlanıb
Xırdalanda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, Xırdalanda 22 yaşlı Vüsal Orucov adlı şəxslə bir neçə nəfər arasında mübahisə yaranıb.
Daha sonra mübahisə davaya çevrilib və həmin şəxslər V. Orucovu döyərək ona bıçaqla xəsarət yetiriblər.
Hadisənin nə üstündə olduğu bilinmir. Bıçaqlanan şəxsin yaxınlıqdakı obyektlərin birində kuryer işlədiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, axşam saatlarında Abşeron rayonunda moped sürücüləri (kuryerlər) arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri — 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Ağdaşda toyda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var - FOTO - YENİLƏNİB
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb - YENİLƏNİB
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
