Qazaxda minik avtomobili qatar yoluna çıxıb, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Qazaxda minik avtomobili qatar yoluna çıxıb, xəsarət alan var


Bu gün saat 16:30 radələrində "Ford" markalı avtomobil dəmiryol keçidindən keçid qaydalarını pozaraq Qazax stansiyası istiqamətində hərəkət edən qatarın qarşısına çıxıb.

Bu barədə "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub.

ADY hərəkət iştirakçılarına bir daha çağırış edərək onları kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır.

Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin Qazax rayon Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü sürücü Əşrəf Şirinov xəsarət alıb.

Oxşar xəbərlər

Yevlaxda dəmir yoluna çıxan kişini qatar vurub
Yevlaxda dəmir yoluna çıxan qadını qatar vurub
Xaçmazda qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib
Bakıda dəmir yolunun qadağan olunmuş yerindən keçən qadını qatar vurub
ADY: Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər