

ABŞ-də israilli diplomatların qətlində şübhəli bilinən şəxs barəsində edam qərarı çıxarıla bilər
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs ölümə məhkum oluna bilər.
"Report" xəbər verir ki, bu barədə “Fox News” telekanalı Federal Təhqiqat Bürosunun (FTB) sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, şübhəli Elias Rodriqesə xarici rəsmi şəxslərin qətlində ittiham irəli sürülüb ki, bu da ölüm cəzası ilə cəzalandırılır.
Məlumata görə, öldürülənlərdən biri Yaron Lişçinski İsrail vətəndaşı idi. İkinci qurban Sara Milqrim də səfirlikdə işləyirdi.
Qeyd edək ki, ötən gün Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən atışma nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Onlar muzeydə keçirilən tədbiri tərk edərkən şübhəli şəxs atəş açıb. Atəş açan şəxs saxlanılıb. Həbs zamanı saxlanılan şəxs "Fələstinə azadlıq!" şüarını qışqırıb.
Oxşar xəbərlər
Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Vaşinqtonda yəhudi muzeyində atəş açan şəxs Çikaqo sakinidir - YENİLƏNİB-2
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib
Fransada məsciddə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Nyu-York polisi dini obyektlərin təhlükəsizliyini gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
