Xorvatiyada çempion olan Azərbaycan cüdoçusu: "Ən böyük hədəfim Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır"
Karyeramda ən böyük hədəfim Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kubokunda qızıl medal qazanan Fidan Əlizadə deyib.
O, yarışın ağır keçdiyini vurğulayıb:
"Yarış mənim üçün bir az ağır keçsə də, çempion ola bildim. Bu, böyüklər arasında ilk mükafatım idi. Turnirə yollananda da bir hədəfim var idi - çempion olmaq. Bir az çətin olduğunu deyə bilərəm. Qarşıdan Avropa çempionatı gəlir. Bu nəticə mənə motivasiya verdi. Qitə çempionatında da əlimdən gələni edəcəyəm. Qızıl medal qazanmaq üçün çalışacağam. Karyeramda ən böyük hədəfim isə Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, Fidan Əlizadə Avropa Kubokunda 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.
Oxşar xəbərlər
Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanlı Avropa çempionu: "Ən böyük arzum böyüklər arasında dünya çempionu olmaqdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
