Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
sizinxeber.az xəbər saytı

Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib


Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Füzulidə yeni mərkəz istifadəyə verilib.

"Sizinxeber.az" xəbər verir ki, rayonun 4-cü Qayıdış qəsəbəsində yerləşən 4 saylı məktəbin idman zalı federasiyanın dəstəyilə güləş xalçası, müxtəlif məşq və texniki avadanlıqlarla, digər zəruri idman ləvazimatları ilə təmin edilib.

Bu addım bölgədə idmanın inkişafına dəstək olmaqla yanaşı, yerli yeniyetmə və gənclərin güləşə marağının artırılması məqsədilə atılıb.

Bu gün AGF tərəfindən güləş zalıyla tanışlıq həyata keçirilib. İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu, AGF-nin sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev güləş mərkəzinə baş çəkib, yeniyetmə güləşçilərlə görüşüb və onlara tövsiyələrini çatdırıb.

Açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin Füzuli rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramiz Quliyev AGF-yə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Çıxış edənlər gələcəkdə bu güləş mərkəzində də nüfuzlu yarışların qalib və mükafatçılarının yetişməsini arzulayıblar.

Qeyd edilib ki, Azərbaycan güləşinin rəmzlərindən biri sayılan Hacı Əliyevin bu səfəri həmin bölgənin güləşçiləri üçün böyük motivasiya rolunu oynayır. Burada təcrübəli məşqçi Vüsal Eminovun rəhbərliyi altında 70 yeniyetmə sərbəst güləşlə məşğul olur.

Oxşar xəbərlər

Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb
Hacı Əliyev sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər