Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb
sizinxeber.az xəbər saytı

Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb


Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

"Sizinxeber.az" xəbər verir ki, ilk yarış günündə milli komandamız bir qızıl, bir gümüş və üç bürünc olmaqla, ümumilikdə beş medal qazanıb.

Mükafatların üçü 66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kq) və Rüfət Şövlətov (73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Azərbaycan cüdoçuları Berlində 9 medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 26-cı pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər