"Prezident Kuboku 2026": Mingəçevirdə sonuncu yarış gününün qalibləri mükafatlandırılıb
sizinxeber.az xəbər saytı

"Prezident Kuboku 2026": Mingəçevirdə sonuncu yarış gününün qalibləri mükafatlandırılıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku 2026" beynəlxalq reqatasının sonuncu yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçiləri Mingəçevirdə keçirilən yarışın son gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yürüşdə qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.

İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə Sənan Cəfərzadə - Tahir Mövsümov (2010-2011-ci il təvəllüdlü idmançılar) dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə (2008-2009 təvəllüdlü idmançılar) tandemi də üçüncü olub.

Ümumilikdə Azərbaycan beynəlxalq turniri 9 medalla başa vurub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
"Prezident Kuboku 2026": Azərbaycan idmançıları daha bir medal qazanıblar - YENİLƏNİB-2
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla vaşa vurublar - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər