"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla vaşa vurublar - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla vaşa vurublar - YENİLƏNİB-2


Azərbaycan təmsilçiləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında günü 3 medalla başa vurublar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, günün son finalında Niyaz Malikov – İvan Vorobjanskiy cütlüyü 2 nəfərlik kayak növündə 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlər arasında) bürünc medal qazanıb.

Azərbaycan avarçəkəni Azər İlyasov Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçimiz akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal qazanıb.

Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı 4-ə çatıb. Təmsilçilərimiz daha əvvəl 2 gümüş və 1 bürünc medala sahib çıxıblar.

Azərbaycan avarçəkənləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında daha 2 medal qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, təmsilçilərimizdən Əlimurad Hacızadə ötən gün olduğu kimi yenə gümüş medala sahib çıxıb.

O, (2008-2009 təvəllüdlü idmançılar) birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub.

Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü isə ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Xatırladaq ki, Ə.Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni Azər İlyasov qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycan avarçəkəni Əlimurad Hacızadə "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazanıb
Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
"Prezident Kuboku-2026" beynəlxalq reqatası: Birinci yarış gününün qaliblərii mükafatlandırılıb
"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər