Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub.
"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yarışın Mingəçevirdə keçirilən son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.
Bu gün ikinəfərlik kayak qayığında Tengiz Qaqnidze - Qiyas Əhmədov (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü 200 metr məsafəyə yarışda qızıl mükafata sahib çıxıb. Niyaz Məlikov - İvan Vorobyanski (2008-2009-cu il təvəllüdlü idmançılar) cütlüyü isə gümüş medal qazanıb.
İkinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə (2010-2011) Sənan Cəfərzadə - Tahir Mövsümov dueti bürünc mükafata sahib çıxıb. Akademik avarçəkmədə ikinəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə (2008-2009 təvəllüdlü idmançılar) Azər İlyasov - Tunar Məmmədzadə tandemi də üçüncü olub.
Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub.
Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar. Həmçinin Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşü (2008–2009 təvəllüdlü idmançılar) üçüncü başa vurublar.
Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.
Oxşar xəbərlər
"Prezident Kuboku 2026": Azərbaycan idmançıları daha bir medal qazanıblar - YENİLƏNİB-2
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla vaşa vurublar - YENİLƏNİB-2
Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
