Nəbi İsgəndərov Dünya Kubokuna qələbə ilə başlayıb
sizinxeber.az xəbər saytı

Nəbi İsgəndərov Dünya Kubokuna qələbə ilə başlayıb


Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku start götürüb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov reytinq xarakterli yarışa qələbə ilə başlayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da yekunlaşacaq.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Dünya kubokunda mübarizə aparacaqlar
Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
Azərbaycanın 3 boksçusu dünya birinciliyində qələbə qazanıb
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər