Avropa çempionatında Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq
sizinxeber.az xəbər saytı

Avropa çempionatında Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq


Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün mübarizəyə start verəcək.

"Sizinxeber.az"un məlumatına görə, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.

Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
Avropa çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə qazanıb
Azərbaycan güləşçiləri Tiranada Avropa çempionatında mübarizəyə başlayır
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər