İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında olublar
sizinxeber.az xəbər saytı

İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında olublar


Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) ilə Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı əsasında tələbələr üçün avarçəkmə üzrə master-klass keçirilib.

İdman akademiyasının tələbələri əvvəlcə Bakı Avarçəkmə və Kanoe İdman klubunun bazası ilə tanış olublar. Onlara bazada olan akademik, kayak, kanoe, sahil avarçəkməsi və draqon qayıqları barədə məlumat verilib. Daha sonra həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda avar çəkmək qaydaları öyrədilib. Master-klass keçirildikdən sonra tələbələr Xəzər dənizində avarçəkmə idman növündə özlərini sınayıblar.

Tədbirin təşkil olunmasında məqsəd su idman növlərinə marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin tələbələrin fiziki hazırlığının praktiki bacarıqlarla möhkəmləndirilməsidir.

Oxşar xəbərlər

Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
İdarə rəisi: "Artıq kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır"
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Avarçəkmə üzrə açıq Bakı birinciliyi təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər