İmaməddin Xəlilov və Sabir Zeynalova "Əməkdar idman ustası" fəxri adı verilib
sizinxeber.az xəbər saytı

İmaməddin Xəlilov və Sabir Zeynalova "Əməkdar idman ustası" fəxri adı verilib


Parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib

"Report" xəbər verir ki, martın 17-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.

Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

Oxşar xəbərlər

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
Azərbaycan taekvonduçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub
Parataekvondoçumuz qızıl medal qazanıb ​​​​​​​

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər