sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub.
"Report" xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.
Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində 76 peşə təhsili müəssisəsi fəaliyyət göstərir:
"Onlardan 8-i 15 cəzaçəkmə müəssisəsi üzrə təşkil edilib. Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024-2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunub".
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək
Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planı təsdiqlənib
Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək
Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













