Ali təhsildə qida təhlükəsizliyi sahəsində yeni təhsil proqramı yaradılır
sizinxeber.az xəbər saytı

Ali təhsildə qida təhlükəsizliyi sahəsində yeni təhsil proqramı yaradılır


Ali təhsil səviyyəsində qida təhlükəsizliyində multidisiplinarlığın ortaya qoyulması və təhsil proqramının yaradılması istiqamətində işlər görülür.

"Sizinxeber.az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida təhlükəsizliyi va keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni proqramda bir fakültənin içərisində bir sahə deyil, bir sıra fakültələr sözügedən sahə üzrə bir araya gətiriləcək:

"Bu proqram üzrə təhsil alacaq insanlar bir sahəni bilməklə kifayətlənməməlidir. Onlar kimya, biologiya, kənd təsərrüfatı və s. sahələrlə yanaşı təchizat zəncirini də mənimsəməlidir".

Oxşar xəbərlər

Mərkəz rəhbəri: Qida təhlükəsizliyinə nail olmaq üçün kadr potensialı gücləndirilməlidir
ADA Universitetində üç yeni proqram açılıb
Nazir müşaviri: İqlim dəyişikliyi və onun fəsadları siyasi sərhəd tanımır
AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır
FAO: Hər il dünyada aqrar bitkilərin 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle