
Mərkəz rəhbəri: Qida təhlükəsizliyinə nail olmaq üçün kadr potensialı gücləndirilməlidir

Mərkəz rəhbəri: Qida təhlükəsizliyinə nail olmaq üçün kadr potensialı gücləndirilməlidir
Son illərdə Azərbaycanda qida təhlükəsizliyi səhəsində irəlləyiş müşahidə olunur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida təhlükəsizliyi va keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar" adlı paneldə deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın müəyyən universitetlərində qida təhlükəsizliyi səhəsində yeni ixtisaslar yaradılıb:
"Qida təhlükəsizliyinə nail ola bilmək üçün kadr potensialının gücləndirilməsi əsas şərtlərdən biridir. Bunun üçün ali təhsil ocaqlarında elmi araşdırmaların aparılması, beynəlxalq əlaqələrin qurulması və təcrübələrin bölüşülməsi çox önəmlidir. Tələbələrin erkən dövrlərdə bu sahədə praktiki işlərə cəlb edilmələri də vacib amillərdəndir".